Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səbail rayonunda 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib
27.05.10 03:22

Səbail rayonu 190 saylı orta məktəbdə Milli Təhlükəsizlik orqanları veteranları və gənclərin nümayəndələrinin iştirakı ilə 28 May – Respublika gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İH-dən veriblər. Tədbiri 190 saylı məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının elan olunduğunu bildirib. O, əlavə edib ki, Tiflis şəhərində keçirilən Milli Şuranın ilk toplantısında Müstəqillik Bəyannaməsi qəbul olunub, daha sonra Milli hökumət Gəncə şəhərinə köçərək fəaliyyətə başlayıb. Tədbirdə Milli Təhlükəsizlik orqanlarının veteranları, istefada olan polkovniklər Ş.Hacıkərimov və A.Zeynalov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ö.Ağayev, Dövlət İdarəçilik Akademiyasının tələbəsi B.Budaqlı çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-1336.html