Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Azərbaycana Mətyu Brayzanı səfir göndərmək niyyətindədir
27.05.10 03:20

ABŞ Azərbaycana Dövlət Departamentində uzun müddət bölgəmiz üzrə işləyən diplomat Mətyu Brayzanı səfir göndərmək niyyətindədir. KƏLAMİNFO xəbər verir ki, hazırda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinlərindən biri olan M.Brayza Cənubi Qafqaz və Xəzər hövzəsi üzrə geniş təcrübəyə malikdir. Əvvələr o, ATƏT-in Minsk Qrupunun həmsədri, Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya üzrə direktor, eləcə də Dövlət Departamentində Xəzər hövzəsi enerjisi diplomatiyası şöbəsində işləyib. M.Brayzanın əslən Türkiyədən olan həyat yoldaşı Zeyno Baran da bölgəmiz üzrə tanınmış tədqiqatçılardandır. Qeyd edək ki, prezident B.Obamanın təklif etdiyi namizəd Senatın Xarici Münasibətlər Komitəsi tərəfindən təsdiqlənməlidir.
URL / WWW
http://kelam.az/article/a-1333.html