Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK rus bölməsi abituriyentləri üçün imtahanın nəticələrini açıqlayıb
26.05.10 03:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
TQDK imtahan nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul”la qiymətləndirilməsi barədə qərar qəbul edib. İmtahanda iştirak etmək hüququ olan 11042 abituriyentdən 214 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 9324 nəfəri qeyd olunan olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıblar. İmtahan qaydalarını pozduğuna görə 6 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub.Abituriyentlərdən 2 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar. Bakı şəhərində keçirilən imtahanda abituriyentlərdən 1 nəfəri zal nəzarətçisindən ona kömək göstərilməsini tələb edib, rədd cavabı aldıqda isə nəzarətçini kobud şəkildə təhqir edib, imtahanın gedişinə mane olub. Həmin abituriyentin nəticəsi ləğv edilib və TQDK ona qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara müraciət edib.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 18 nəfərin köçürməyə yol verdikləri aşkar edilib. Qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub. Bu imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər cari il iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Xatırladaq ki, TQDK qeyd olunan imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirib.
URL / WWW
http://kelam.az/article/a-1331.html