Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İRƏLİ” Media Akademiyanın yaranmasını elan edib
26.05.10 03:22

“İRƏLİ” İctimai Birliyi Media Akademiyanın yaranmasını elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”dən veriblər.
Akademiya nativ jurnalistika–peşə kursu formatında fəaliyyət göstərəcək. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da və “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda “mən də varam” iddiası ilə professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır. Kursa yaşı 25-dən artıq olmayan müxtəlif peşə sahibləri, jurnalistika fakultəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən digər fakültə tələbələri də qoşula bilərlər.
URL / WWW
http://kelam.az/article/a-1328.html