Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Moskvada ilk dəfə olaraq “Osmanlı sultanlarının xəzinəsi” adlı sərgi keçiriləcək
26.05.10 03:22

İstanbulun topqapı xəzinəsi ilk dəfə olaraq Rusiyanın paytaxtı Moskvada nümayiş etdirilir. Kremlin muzeylərində “Osmanlı sultanlarının xəzinəsi” adlı sərgi açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyd olunan sərgi mayın 26-dan avqustun 15-dək isə, Rusiyanın Uspensk kilsəsinin sərgi salonunda və Patriarşı sarayının birqülləli palatasında nümayiş etdiriləcək.
Çoxillik tarixə malik “Kral və imperator xəzinələri Kremldə” proqramının davamı olan sərgi Osmanlı sultanlarının zəngin xəzinəsi əsasında formalaşmış topqapı Sarayı Muzeyinin dünya şöhrətli ekspozisiyasını təqdim edəcək. Qonaqlara XVI-XVII əsrləri əhatə edən yüzdən çox eksponat, o cümlədən hakimiyyətin rəmzləri, döyüş və parad silahları, manuskript və miniatürlər, ərəb xəttatlığı nümunələri, sultanların, onların xanımları və övladlarının zinət əşyaları təqdim olunacaq.Qeyd edək ki, topqapı sarayı XV-XIX əsrlərdə Osmanlı İmperiyası sultanının iqamətgahı olub. 1923-cü ildə Türkiyə Cümhuriyyət elan edildikdən sonra birinci prezident Mustafa Kamal Atatürk sarayı muzey elan edib.
URL / WWW
http://kelam.az/article/a-1327.html