Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyaya gedib
26.05.10 03:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər.
Səfərdə məqsəd mayın 27-29-u tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak etməkdir. Forumda Sivilizasiyalararası Alyansın müxtəlif regional strategiyalarına, mədəniyyətlərarası dialoq üzrə milli planların yenidən formalaşdırılmasına, eləcə də Madrid və İstanbul konfranslarında elan edilən layihələrin inkişafına dair müzakirələrin aparılması nəzərdə tutulur.Xatırladaq ki, Sivilizasiyalararası Alyansın ilk Forumu 2008-ci ilin yanvarında Madriddə, II Forum isə 2009-cu ilin aprelində İstanbulda keçirilib. Üçüncü Forum “Mədəniyyətlərarası körpü, sülh yaratmaq” mövzusuna həsr olunub. Tədbirdə BMT-nin Baş katibi Pan Ki Mun, Sivilizasiyalararası Alyansın Ali nümayəndəsi X.Sampayo, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın Baş naziri X.Sapareto və digər yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1326.html