Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfrans işə başladı
25.05.10 03:39

Bu gün Bakıda, “Gülüstan” sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfransı işə başladı. KƏLAMİNFO-ya xəbər verir ki, Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış etdi. M.Əliyeva Azərbaycan hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda qadınlar və kişilər arasında bərabərliyin təmin olunması məsələləri müzakirə olunacağını bildirdi. Qeyd edək ki, konfrans Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirləri bu məsələdə irəliləyişə mane olan amilləri tədqiq etməklə yanaşı, müsbət fəaliyyətin nəticələrini təkmilləşdirmək yollarını da müzakirə edəcəklər. Bunlar – qərar qəbul edən orqanlarda kvotaların müəyyən olunması, qadınlar tərəfindən təsis edilmiş şirkətlərə xüsusi maliyyə yardımının ayrılması, gender siyasətinin əsasları, gender bərabərliyi aspektlərinin dövlət siyasətinin bütün sahələrinə daxil olunması kimi məsələlərdir. Konfrans iştirakçıları gender stereotiplərinə qarşı mübarizədə təhsilin və medianın rolundan da danışacaqlar. Nazirlər Avropa Şurasının bu sahədə qətnamə qəbul etməsi perspektivini araşdıracaq, habelə qurumun gələcək fəaliyyətini müəyyənləşdirəcək tədbirlər planını hazırlayacaqlar.
URL / WWW
http://kelam.az/article/a-1323.html