Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision-2010” mahnı müsabiqəsinə start verildi
25.05.10 03:38

Dünən gecə Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin açılış mərasiminə start verilib. KƏLAMİNFO xəbər verir ki, tədbiri açan Oslo meri Fabian Steng hər kəsi rəhbərlik etdiyi şəhərdə görməkdən məmnun olduğunu bildirib. Müsabiqəyə qatılacaq nümayəndə heyətləri əlifba sırası ilə qırmızı xalçanın üzəri ilə addımlayaraq, açılış mərasiminin keçirildiyi binaya daxil olub. Tədbirdə “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius da çıxış edib. Xatırladaq ki, ölkəmizi bu beynəlxalq mahnı müsabiqəsində Səfura Əlizadə təmsil edir. O, öz ifasını müsabiqədə mayın 29-u nümayiş etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-1322.html