Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə parlamentinin deputatları Azərbaycanda səfərdədir
25.05.10 03:37

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya, Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildir. Səfərin məqsədi Bakıda keçiriləcək “TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA” beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir. Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1320.html