Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İRƏLİ” və AESMF “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək
21.05.10 21:24

“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu mayın 22-də “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. “İRƏLİ” İctimai Birliyinin məqsədi ictimaiyyət arasında bu istiqamətdə geniş ekoloji maarifləndirmə işini həyata keçirməkdir. “İRƏLİ” dünyada Ekologiya ilə bağlı gedən proseslərə fəal qoşularaq maarifləndirmə məqsədilə bu istiqamətdə minlərlə buklet çap etdirib. Bukletlərin əhaliyə paylama aksiyasını başlamazdan əvvəl tədbirin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Tədbirin rəsmi açılışında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1316.html