Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb
21.05.10 21:24

Azərbaycanın “Eurovision-2010” Mahnı Müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb. KƏLAMİNFO müğənninin şəxsi saytına istinadən xəbər verir ki, Səfurə Əlizadə “Oslo City Hall”da qəbul edilən ilk “Eurovision” iştirakçısıdır. F.Stanq qəbul zamanı Səfurə Əlizadə ilə söhbətləşib, Azərbaycan müğənnisi və onun nümayəndə heyəti ilə Azərbaycana kiçik bir ekskursiya edib. F.Stanq “Eurovision” Mahnı Müsabiqəsi və xüsusilə Səfurə haqqında çox danışıb. O bildirib ki, Səfurənin səsini sevir: “Məncə, mahnı pis deyil, Səfurəni çox istedadlı hesab edirəm, onun fantastik səsi var. Hesab edirəm ki, 28 May Azərbaycan Müstəqillik Günü 29 mayda Səfurənin çıxışı üçün stimul olacaq”. F.Stang Azərbaycanlı iştirakçıya milli hədiyyə, CD, köynək və promo paketi təqdim edib. Yaxın vaxtlarda ailə qurmağa hazırlaşan mer “Drip ”u zümzümə edib və Səfurəyə gülümsəyərək: “Səni əbədi sevə bilərəmmi?”,-deyib. Səfurə isə merə gələcək həyat yoldaşı ilə birlikdə ömürlük xoşbəxtlik arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-1315.html