Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Yaşıl Yaşa” velosiped turu zamanı ekoloji maarifləndirmə işləri aparılacaq
21.05.10 20:09

Aqro İnformasiya Mərkəzi (AİM) may ayının 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günündə Mərkəzi Aranda ilk dəfə olaraq geniş miqyaslı “Yaşıl Yaşa” velosiped turu keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİM-dən veriblər. “Yaşıl Yaşa” velosiped turunun keçirilməsində məqsəd yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji nəqliyyat vasitəsi olan velosipedi əhali arasında təbliğ etməkdir. Tura təşkilatın heyət üzvləri, Amerika Sülh Korpusunun Könüllüləri və digər təşkilatların nümayəndələri, eləcə də regionda yaşayan gənclər dəstək verəcək. Tur mayın 22-i ulu öndər Heydər Əliyevin Ağcəbədi rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış heykəli qarşısına gül qoyulması ilə başlayacaq. Bundan sonra velosipedçilər Dövlət Yol Polisinin müşayiəti ilə Ağdam rayonu ərazisindən keçməklə Bərdə rayonu istiqamətində 45 km məsafədə hərəkət edəcəklər. Velotur zamanı keçilən 9 məntəqədə dayanmaqla yerli əhali arasında ekoloji maarifləndirmə işləri aparılacaq. Bu məqsədlə hazırlanmış jurnal və buketlər paylanacaq. Tur Bərdə ərazisində Sultanbud meşəsində tamamlanacaq. Burada Amerika Sülh Korpusu Könüllülərinin “Aqrar və sosial meşəçilik”, “Ekoloji təmiz kənd təsərrüfatı” mövzularında təqdimatı olacaq.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1311.html