Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » III Ümumrespublika Kitab bayramı Qusarda davam etdirilib
22.05.10 02:09

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qusar rayonunda III Ümumrespublika Kitab bayramı keçirilib. KƏLAMİNFO nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunub. Bayram münasibətilə rayon istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri və fotosərgilər təşkil olunub. Tədbir zamanı cari ilin Azərbaycan Prezidenti tərəfindən “Ekologiya ili” elan edilməsi ilə əlaqədar müxtəlif viktorinalar keçirilib. Tədbirdə həmçinin rayon İcra Hakimiyyət Başçısının müavini Elman Mustafayev, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov çıxış ediblər. Bayram tədbirinə rayon ziyalıları, ictimaiyyətin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, habelə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da qatılıblar.
URL / WWW
http://kelam.az/article/a-1310.html