Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Murad Mərcanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlir
26.10.09 23:01

Sabah Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının rəhbəri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətindən veriblər. Türkiyə parlament nümayəndə heyətinin Bakıda görüşləri oktyabrın 28-dən başlayacaq. Qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcəklər. Sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzləri ilə görüş keçiriləcək. Türkiyə Böyük Millət Məclisinin nümayəndələrinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü nəzərdə tutulub Qeyd edək ki, səfərdə məqsəd Azərbaycan-Türkiyə münasibətləri, iki ölkənin qanunverici orqanları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələləri müzakirə etməkdir.
URL / WWW
http://kelam.az/article/a-131.html