Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BMT Baş katibinin nümayəndəsi Füzuli və Beyləqanda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub
21.05.10 20:06

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi V Kalin bu gün məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrdə olub. KƏLAMİNFO xəbər verir ki, V.Kalin və onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxıblar. Qonağa məlumat verilib ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşıblar. Qəsəbələrdə 4179 ev var. Sonra V.Kalin Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşüb. Qonaqları Xocavənd və Beyləqan rayonları İcra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev qarşılayıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V.Kalinə qəsəbələr barədə məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-1307.html