Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DQMK sədri Bəhram Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti ilə görüşüb
21.05.10 17:22

Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat katibliyindən veriblər. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində reallaşan səfər təcrübə mübadiləsi, dövlət qulluqçularının qarşılıqlı səfərləri və digər məsələlərlə əlaqədar olub. Səfər çərçivəsində qonaqları qəbul edən DQMK-nin sədri Bəhram Xəlilov bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, dövlət qulluğu məsələlərində də əməkdaşlıq yüksək səviyyədədir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Qeyd edək ki, görüşdən sonra qonaqlar Komissiyanın test mərkəzində olub və onlara ətraflı məlumat verilib. Komissiyanın əməkdaşları bir sıra mövzularında təqdimatla çıxış ediblər. Xatırladaq ki, sözügedən proqram çərçivəsində cari ilin sentyabr ayında Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyəyə səfər edəcək. Qonaqların səfəri isə bu gün başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-1306.html