Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
22.05.10 03:22

Mayın 25-26-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar. Beynəlxalq konfransda “Etika və estetika ümumi əsaslar axtarışında”, “Türkoloji sənətşünaslıq və ənənəçilik fəlsəfəsi”, “Nastolgiya və proqnoz – Qazaxıstan rəngkarlığında milli identiklik təzahürlərinin iki istiqaməti kimi”, “Mədəniyyət sahəsində müqayisə metodu: sistemli informasiya yanaşması”, “Türkmənistan xalq arxitekturasında bədii ənənələr” və digər mövzularda məruzələr dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-1302.html