Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Respublikanın əməkdar jurnalisti Vasif Səmədov:
19.10.09 14:58

Seyyid, Qazi Hacı Mirəziz Seyidzadə həyat fəaliyyəti dövründə bir din xadimi, ədəbi-bədii yaradıcılıq, jurnalistik və maarifçilik sahəsində fərqlənən bir şəxsiyyət kimi tanınmışdır. O, elm sahəsində də elmi məqalələri ilə uğur qazanmışdır. Fəlsəfə elmləri namizədi kimi ölkəmizin ictimai-siyasi həyatında da fəaliyyətini davam etdirir. Naşiri və Baş redaktoru olduğu “Kəlam” Elmi, Ədəbi, İctimai, Publisistik Jurnalı geniş oxucu kütləsinin sevimli dərgilərindəndir. Bu jurnalın səhifələrində dərc etdirdiyi məqalələr, elmi, siyasi, bədii yazılar onun bu sahədəki fəaliyyətinin təzahürüdür. 1990-cı ilin Qanlı yanvar hadisələri dövründə cənub bölgəsindəki xoş məramlı səyləri dövlətimiz və dövlətçiliymiz üçün, xüsusilə ondan sonrakı dövrlərdə ümummilli liderimiz Heydər /Əliyev siyasətinin həyata keçirilməsindəki özünəməxsus fəaliyyəti diqqətəlayiqdir.
Hacı Mirəziz Seyidzadə müstəqil Azərbaycanımızın çiçəklənməsi, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı naminə, dini, ictimai-siyasi, elmi, ədəbi-bədii, maarifçilik və jurnalistika fəaliyyətində bu günədək necə məhsuldar işləmişdirsə, gələcək fəaliyyətində də buk imi müqəddəs işlərin zirvəsinə doğru gedən çətin, lakin şərəfli yolda Ən böyük uğurlar arzulayıram. Qoy Ulu Tanrımız Hacı Mirəzizə yar olsun! İnanıram ki, o, Rəbbimiz və dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaqdır.
URL / WWW
http://kelam.az/article/a-13.html