Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SİTM sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirdi
20.05.10 21:30

Bu gün Bakıda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin müqayisəli təhlili” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Əhmədoğlu dedi ki, Dağlıq Qarabağ (DQ) münaqişəsi keçmiş SSRİ-ni dağıtmaq məqsədilə ortalığa atılmışdı. 1989-cu ildə ABŞ Konqresi tərəfindən DQ-yə az qala müstəqlillik tələb edən 2 qətnamənin qəbul edildiyini xatırladan M.Əhmədoğlu bildirdi ki, bunun nəticəsində də M.Qorbaçovdan DQ ermənilərinə dəstək tələb olunurdu. O dövrdə Ermənistanda baş vrən Spitak zəlzələsinə toxunan M.Əhmədoğlu bildirdi ki, əslində bu zəlzələ DQ münaqişəsi üçün bir yardım şansı oldu və həmin vaxt SSRİ-də Ermənistan üçün 4 mlrd. rubl vəsait toplandı. Onun sözlərinə görə, həmin vəsaitin 51 mln. dolları ABŞ, 27 mln-u isə digər ölkələrdən toplandı. Bu da DQ münaqişəsinə sərf olundu. M.Əhmədoğlu dedi ki, DQ münaqişəsi zamanı Gürcüstanın Ermənistana gələn yüklərin, o cümlədən silahların rahat şəkildə buraxması, dünya ermənilərinin birlik nümayiş etdirməsi və Azərbaycanın daxilindəki hərc-mərclik münaqişənin Ermənistanın xeyrinə həllinə şəriat yaratdı. DQ münaqişəsi ilə bağlı mövcud duruma toxunan M.Əhəmdoğlu qeyd etdi ki, danışıqlar yenilənən Madrid prinsipləri üzərində davam etdirilir və bu, Azərbaycan üçün riskli olsa da, Ermənistanın ziyanınadır. M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Ermənistan bunu vaxtında anlayaraq danışıqlarda konstruktiv mövqe nümayiş etdirməlidir.
URL / WWW
http://kelam.az/article/a-1299.html