Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Ermənstan parçalanma vəziyyətindədir”
20.05.10 21:30

Ermənistanda mövcud vəziyyət kifayət qədər gərgindir və bu ölkə ikrah yuvasına çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib. Dünya ermənilərinin də parçalanma vəziyyətində olduğunu vurğulayan M.Əhmədoğlu deyib ki, indi qərbi erməni dili ilə şərqi erməni dili tərcüməsiz başa düşülmür. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında gərgin münasibətlər var, bu ölkənin gəncləri orduda xidmət etmək istəmirlər, ölkədə demoqrafiq böhran böyüyür. Azərbaycan 22 mlrd. valyuta ehtiyatına malikdir və ölkədə daxili sabitlik var. Erməntistanda isə iqtisadi və sosial durumun həddindən artıq iflic vəziyyətində olduğunu açıqlayan M.Əhmədoğlu qeyd edib ki, bu ölkənin 4,5 mlrd. borcu var. Onun sözlərinə görə, 1,8 mlrd. dollar büdcəsi olan Ermənistan anlamalıdır ki, müharibə başlayacağı təqdirdə borc verən təşkilat və ölkələr vəsaitlərini geri istəyəcəklər. Ermənistanın qonşuları ilə də münasibətlərinin pis oluduğunu söyləyən M.Əhmədoğlu qeyd edib ki, Ermənistan İranın girovuna, Dağlıq Qarabağ isə mal-qoyun fermasına çevrilmək ərəfəsindədir.
URL / WWW
http://kelam.az/article/a-1296.html