Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GTM “Ekoloji yay məktəbləri” təşkil edəcək
20.05.10 20:42

Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında “Ekoloji yay məktəbləri” təşkil edəcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, əsas məqsəd gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq etməkdir. Yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq. Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən “Ekologiya ili” çərçivəsində keçiriləcək bu tədbirlərdə yüzlərlə gəncin iştirakı təmin olunacaq və onlar əsasən müxtəlif regionlardan seçiləcəklər. O, yay məktəblərinin keçirilməsinin ölkəmizdə həyata keçirilən ekoloji maarifləndirmə işinə böyük töhfə olacağı ilə yanaşı, ictimaiyyətin də ekoloji tərbiyəsi işinə təkan verəcəyini xüsusi qeyd edib. Qeyd edək ki, yay məktəbləri Qəbələ, Quba və Lənkəran şəhərlərində keçiriləcək.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1293.html