Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Növbəti tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı gözlənilir
20.05.10 03:17

Növbəti-2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı nəzərdə tutulub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı isə 118 581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur.Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.
URL / WWW
http://kelam.az/article/a-1289.html