Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MŞ-da informasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları ilə bağlı seminar keçirildi
20.05.10 02:42

Bu gün Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşən “İnformasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması” layihəsi çərçivəsində seminar keçirdi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən JHİ-nin sədri Müşfiq Ələsgərli layihənin həyata keçirilməsini zəruri edən səbəblərdən bəhs etdi. O qeyd etdi ki, Azərbaycanda jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün müvafiq qanunvericilik bazası yaradılsa da, ölkədə bu sahədə problemlər hələ də qalmaqdadır. Ay ərzində MŞ-nin Şikayətlər üzrə Komissiyasına 30-a yaxın şikayətin daxil olduğunu vurğulayan M.Ələsgərli qeyd etdi ki, bunun da 60 faizi şəxsi həyatın toxunulmazlığı ilə bağlıdır. Bəzən jurnalistlərin fəaliyyəti zamanı yanlışlığa yol verildiyini diqqətə çatdıran M.Ələsgərli bunun da müəyyən problemlər və məhkəmə çəkişmələrinə gətirib çıxardığını söylədi. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli qeyd olunan problemlərlə bağlı yerli və beynəlxalq hüquqi sənədlərdən sitatlar gətirdi. O bildirdi ki, elə məlumtlar var ki, onun yayılmasına məhdudiyyətlər tətbiq edilir və bu, qanunla tənzimlənir. O, sözügedən məsələnin tənzimlənməsini özündə əks etdirən AR Konstitusiyası, Avropa İnsan Hüquqları Konvenisiyası, BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktı, “Kütləvi İnfomasiya Haqqında” Qanun və digər hüquqi sənədləri xatırlatdı və ətraflı şərh etdi.
URL / WWW
http://kelam.az/article/a-1287.html