Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Sumqayıtda III Ümumrespublika Kitab bayramı keçirilir
20.05.10 02:42

Bu gün Sumqayıt şəhərində Nizami meydanında III Ümumrespublika Kitab bayramı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Kitab bayramında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhər ictimaiyyəti, ziyalıları, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə Sumqayıt şəhər mədəniyyət müəssisələrinin hazırladığı musiqi, rəqs nömrələri, habelə balaca fidanların iştirakı ilə nağıl qəhrəmanlarının paradı bayram iştirakçılarına təqdim olunacaq. Kitab bayramında Sumqayıt şəhərində fəaliyyət göstərən nəşriyyatlar kitab satışı həyata keçirəcək, “Sumqayıt nəşriyyatlarının yeni nəşrləri”, “Ümummilli lider Heydər Əliyev – 87”, “Bizim şəhər”, “Qələbə - 65” və s. kitab sərgiləri təşkil olunacaq. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrı, Sumqayıt Mədəniyyət Evinin iştirakı ilə müxtəlif tamaşalar və səhnəciklər nümayiş etdiriləcək. Qeyd edək ki, bu gün nazir Ə.Qarayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı V.Əliyev “Sumqayıtın tarixi” muzeyinin açılışında iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1286.html