Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ə.Davudoğlu: “Türkiyə-Ermənistan normallaşma prossesi Azərbaycanın mövqeyi və istəkləri ilə üst-üstə düşən bir mahiyyət daşıyır”
19.05.10 19:42

Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət məsələnin həllinə istiqamətlənmiş ümidləri gücləndirib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. “Türkiyə müzakirələrin ən qısa vaxtda konkret nəticə verməsi və problemin sülh yolu ilə həll olmasını arzulayır. Ölkəmiz, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, həll müddətindəki aktivliyi yaxından müşahidə etməkdə, həmsədrlərin bu istiqamətdəki səylərinə dəstək verməkdə və problemin ən qısa zamanda həll olunması istiqamətindəki istəyini hər vaxt həmsədrlərlə təmaslarda dilə gətirməkdədir”,-deyə Ə.Davudoğlu vurğulayıb. Ə.Davudoğlunun sözlərinə görə, əsasən həllin təməl parametrlərinin ortaya çıxdığı və bu parametrlər üzərində də tərəflərin mövqelərinin bir-birinə yaxınlaşmaqda olduğu bəllidir. “Problemin qarşılıqlı yaxşı niyyət və siyasi iradəyə əsasən qısa müddət ərzində həll edilə biləcəyini düşünürük. Təxminən 20 ildir ki, Azərbaycanın qanayan yarası olan bu ixtilafın həlli istiqamətində 2010-cu ildə müsbət inkişafın olmasına ümidimiz sonsuzdur”,-deyən Türkiyə xarici siyasət idarəsinin rəhbəri Türkiyə-Ermənistan normallaşma prossesinə də münasibət bildirib. O, normallaşma prossesi və Dağlıq Qarabağ mövzusundakı siyasətin Azərbaycanın mövqeyi və mənfəətlərilə ziddiyyət təşkil etmədiyini, Azərbaycanın mövqeyi və istəkləri ilə üst-üstə düşən bir mahiyyət daşıdığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1285.html