Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə XİN başçısı: “Cənubi Qafqazın sülh hövzəsinə çevrilməsi və bütün sərhədlərin açılması səmimi arzumuzdur”
19.05.10 19:42

Türkiyə və Azərbaycan həm regional, həm də qlobal problemlərin həllində yaxın əməkdaşlığı olan iki ölkədir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. Ə.Davudoğlu qeyd edib ki, hər iki ölkə xarici siyasət prioritetlərini və meyillərini müəyyənləşdirərkən digərinin mənfəət və həssas olduğu cəhətləri də nəzərə almaqdadır. Onun sözlərinə görə, iki ölkə xarici işlər nazirlikləri arasında davam edən sıx görüş və razılıqlara əlavə olaraq, bir çox quruluşların nəzdində də Türkiyə və Azərbaycan bir-birinin mövqelərinə dəstək verməkdədirlər. “Azərbaycanla təbii qaz sahəsində aparılan müzakirələr isə əhatə dairəsi etibarilə ticari bir xüsusiyyət daşımaqda olub, iki ölkənin siyasi əlaqələrilə birbaşa əlaqəli deyil. Məqsədimiz iki mərhələ arasındakı bu müsbət qarşılıqlı təsirin davam etməsi və Dağlıq Qarabağ probleminin həlli üçün də konkret addımların atılması ilə regionda irimiqyaslı sülhün təmin edilməsidir. Cənubi Qafqaz sülh hövzəsinə çevrilən və lazımi şərait yaranan zaman bütün sərhədlərin açılması səmimi arzumuzdur”,-deyə Ə.Davudoğlu əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1284.html