Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Ermənistan XİN başçıları bir araya gələcəklər
18.05.10 19:26

Mayın 24-də Polşanın Sopot şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirləri arasında qeyri-formal görüş keçiriləcək. KƏLAMİNFO “Armenia Today”a istinadən xəbər verir ki, nazirlər “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətin perspektivlərinə dair müzakirə aparacaqlar. Qeyd edək ki, bu proqram 2009-cu ilin mayında Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb. Burada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edir. Proqram bu ölkələrin Avropa İttifaqı ilə siyasi yaxınlaşması və iqtisadi inteqrasiyasını nəzərdə tutur. Xatırladaq ki, görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1281.html