Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb
19.05.10 02:26

İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ümumilikdə müsabiqənin qalibləri 180 nəfərlik Münsiflər Heyətinin səsverməsi əsasında müəyyənləşib. NETTY 2010-un qalibləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə təntənəli mərasimlə rəsmi elan edilib.
URL / WWW
http://kelam.az/article/a-1280.html