Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Beynəlxalq Muzeylər günüdür
19.05.10 02:26

Bu gün bütün dünya üzrə Beynəlxalq Muzeylər Günüdür. Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbüsü ilə Avropada bu gün ilə əlaqədar bu ilki aksiya “Cəmiyyətdə sosial ahəngin yaradılmasında muzeyin rolu” devizi altında keçirilir və muzeylərin həyatımızda tutduğu sosial mövqeyi əks etdirir. KƏLAMİNFO xəbər verir ki, Bakıda da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan üzrə Komitəsi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövət Teatr Muzeyi, Muzey Mərkəzi, Qobustan Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi və digər muzeylər bu günlə əlaqədar olaraq “Üzeyir dünyası muzeylərdə” adlı silsilə tədbirlər keçirir. Bu ilki mövzunun məhz Üzeyir Hacıbəyliyə həsr olunması təsadüfi olmayıb. Bu il Üzeyir Hacıbəylinin 125 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir. Muzeylərin ölkənin ictimai-mədəni həyatında tutduğu mövqeyi nəzərə alaraq Muzeylər Gününün əsas mövzusu Şərqdə və Azərbaycanda yaradılmış ilk operanın banisi, əsərləri yalnız Azərbaycanda deyil, bütün dünyada sevə-sevə dinlənilən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin şəxsiyyətidir. Tədbir iki hissədən ibarətdir. Birinci hissədə məhəbbət mövzusunda xalçalardan ibarət sərgi təşkil olunacaq. Sərgidə XIX əsr Qarabağ qrupuna aid “Leyli və Məcnun”, Eldar Mikayılzadənin “Şəbi-hicran” seriyalı xalçaları nümayiş etdiriləcək, “Nizami obrazları xalçalarda” mövzusunda slayd -şou təqdim olunacaq. Tədbirlər silsiləsinin ikinci hissəsində “Qobelenlər- dünən, bu gün” mövzusunda peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi keçiriləcək. Daha sonra dahi bəstəkarın əsərlərindən parçalar təqdim olunacaq. Təntənəli açılış Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-1278.html