Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » B.Cankorel: “ATƏT parlament seçkiləri ilə bağlı Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir”
19.05.10 02:26

ATƏT noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib. Təmsil olunduğu qurum tərəfindən namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması, bütün siyasi partiyaların seçkilərdə iştirakının təmin edilməsi üçün zəruri şəraitin yaradılacağını vəd edən Ə.B.Cankorel seçki komissiyalarının ictimaiyyətin və seçkilərdə iştirak edəcək siyasi qüvvələrin inamını qazanacaq şəkildə təşkil olunmasına dair ATƏT/DTİHİ-nin verdiyi tövsiyyələri xatırladıb. O, təmsil olunduğu qurum tərəfindən iyun ayında növbəti tədbirin keçiriləcəyini açıqlayıb və bildirib ki, növbəti-üçüncü müzakirələrdə əsas diqqət kütləvi informasi vasitələrinin seçkilərdə roluna həsr oluncaq. ATƏT/DTİHİ Seçki Departamentinin rəhbəri Nicolas Kaczorovski isə bildirib ki, növbəti parlament seçkiləri ilə bağlı təmsil olunduğu qurum tərəfindən Azərbaycanın hakimiyyət orqanları narahat doğuran və həll olunmayan məsələləri aradan qaldırmaq və seçki prosesinə etimadı artırmaq üçün ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrlə birgə seçkiyə aid məsələlər üzrə dialoqu inkişaf etdirməyi tövsiyyə edir.
URL / WWW
http://kelam.az/article/a-1274.html