Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək
18.05.10 19:26

Cari il may ayının 19-dan 24-dək Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərgidə bir sıra tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək. Müəlliflər Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Salam Salamzadə, Reyhan Topçubaşova, Lətif Feyzullayev, Sadıq Şərifzadə, Boyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Yelizaveta Tripolskaya, Rəhim Quliyev və digərlərindən ibarət olacaq.
URL / WWW
http://kelam.az/article/a-1273.html