Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Afət Aygül. İlahi
17.05.10 18:11

Bir cövhərdən yaranmışdır fəza da,
Mən yox ikən, ruhum vardır fəzada.
İlk sevgini oğlana da, qıza da,
Verən sənsən, alan da sən, İlahi!
Bu dünyanın qarasa çox ağı az,
Sevən qəlbdə nəşə çoxdur ağı az.
Qaranlığı sən edirsən bəmbəyaz,
Görən sənsən, biləndə sən, İlahi!

Qış gələndə istəyirik yaz olsun,
Dərd-sərimiz çox olmasın, az olsun.
Qəlbimizdə kaman dinsin, saz olsun,
Dindirən sən, dinən də sən, İlahi!

Şükür yoxdur insanların dilində,
Çoxu tutub dəftəri sol əlində.
Cəhənnəmi daşıyacaq belində,
Yandıran sən, söndürən  sən, İlahi!

Haqqı danıb ağ yalanı satanın,
Mayasına minbir haram qatanın.
Bu dünyanı beş əliylə tutanın,
Arxasından qaçan da sən, İlahi!

Qapı bağlı açmaq özü çox çətin,
Bu dünyada misli çoxdur ülfətin.
Düyününü tilsimini Afətin,
Bağlayan sən, açan da sən İlahi!
URL / WWW
http://kelam.az/article/a-1271.html