Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Yeni Azərbaycan” qəzetinin baş redaktoru hədələnib
26.10.09 23:01

Dünən axşam radələrində Nəsimi rayonunda, D.Əliyeva küçəsində, həmin küçədə yaşayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Toyota” markalı avtomaşınını idarə edərkən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib və bu zaman həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq H.Məmmədovu hədələyərək hadisə yerini tərk edib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov saxlanılıb, onun M.Fətəli küçəsi ev 152-də kirayədə götürdüyü mənzilə baxış zamanı 1 ədəd “AK” silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
URL / WWW
http://kelam.az/article/a-127.html