Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Peyman Oğayat. Səsimi dünyaya salmaqdan ötrü
17.05.10 18:11

İtirə-itirə  gedirəm daha,
Nə qazandığım var nə qoruduğum
Özüm odlandıqca sönür ümidim
Yoxdur ümidimə bir gör umduğum
Dağlara daşlara çırpıb ömrümü
Həyatımdan nəsə almaq istərəm
Qoparıb ömrümdən hər bir günümü
Səsimi dünyaya salmaq istərəm

Yolumu dərəyə dağa salmışam
Səsimi dünyaya salmaqdan ötrü
Mən öz həyatımdan tam ayrılmışam
Həyatda əbədi qalmaqdan ötrü.

Görən yaşarammı sabah bilmirəm
Ancaq bu günümü məhv eyləyirəm.
URL / WWW
http://kelam.az/article/a-1267.html