Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Qəzəl
17.05.10 18:02

Yollarında gözlərim həsrətdə qaldı, hardasan?
Hicranından gül üzüm soldu-saraldı hardasan?
Mən səninçün bir evi inşa edirdim hüsnüvə,
Firqətində tikdiyim qəmdən ucaldı, hardasan?

Sən olanda gündüzümdə parlayırdın gün kimi,
Sən gedəndən gündüzü zülmətlər aldı, hardasan?

Şux gülüşlər sevgi dolu nəğmə idi könlümə,
Getməyin həsrət dolu min nəğmə çaldı, hardasan?

Qara saçlar ağ günümdən şahid idi, gör necə,
Saç ağardı sənsizin, bəxtim qaraldı, hardasan?

Sən gülüm mən bülbülün, bizsiz çəmənzar boş qalıb,
Qəm bitirdi laləzar min fikrə daldı, hardasan?

Sənlə mən min il yaşardım bu məhəbbət ömrünü,
Sən gedən gündən min il ömrüm azaldı, hardasan?

Aşiqi sevda ilə ötmüş ömür eylər cavan,
Ey mənim sevdam, Əziz Pünhan qocaldı, hardasan?
URL / WWW
http://kelam.az/article/a-1263.html