Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Qəzəl
17.05.10 18:02

Qalmışam cansız yenə əldən gedib can neyləyim,
Aşiqəm canım alıbsa dərdi hicran neyləyim.

Sən mən idin, mən sən idim heç yox idi fərqimiz,
İndi amma səndə nalan, məndə nalan neyləyim.

Sən də tənha, mən də tənha üzdü tənhalıq bizi,
Ayrı-ayrı sən də giryan, mən də giryan neyləyim.

Kim bizə qıydı, bu xoşbəxtlik kimə xoş gəlmədi,
Nanəciblər ayırmaqçün verdi fərman neyləyim.

Sən bilirsən dərdimi, sən anlayırsan dərdimi,
Dərd bilən, dərd anlayan yoxdur bir insan neyləyim.

Xeyli mətləb var  ki, anlatmaq gərəkdir amma  ki,
Sən də dərdin bölməyə vermirsən imkan neyləyim.

Bu günahkar dəhridə məndə günah axtarma gəl,
Qatlanardın dərdə dərd olsaydı dərman neyliyim.

Bu Əziz Pünhan səninçün heç zaman  pünhan deyil.
Amma sən etdin onu həsrətdə pünhan neyləyim.
URL / WWW
http://kelam.az/article/a-1262.html