Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ulu heydər
17.05.10 18:02

Bilməyənlər bilsin Heydər deməkdir,
Batində mənası Ulu Öndərin.
Azərbaycan idi, azadlıq idi,
Ən böyük sevdası Ulu Öndərin.
Yaşadı yaratdı vətəni üçün,
Vətən tarixində açdı çox düyün.
İlhamlı günlərə çevrilib bu gün,
İşıqlı dünyası Ulu Öndərin.

Onun zəhmətinin yoxdur sərhədi,
Suverin müstəqil dövlət istədi.
Yaratdığı dövlət oldu əbədi,
Parladı ziyası Ulu Öndərin.

Zərifə xanımın zərifliyindən,
İşıqlı gözünü açdı bu vətən.
Bəzəndi çiçəklə, güllə bu gülşən,
Odur ilk duhası Ulu Öndərin.

Taleyin mehriban qədəmlərindən,
Doğdu yeni günəş, ötdü duman-çən.
Oldu Azərbaycan adlı bu vətən,
Ən böyük mirası Ulu Öndərin.

Zəhmilə öz yerin aldı yaxşı, pis,
Üç rəngli bayrağı eylədi təsis.
İlhamı eşqinə eylədi varis,
Parladı siması Ulu Öndərin.

Allah təyin etmiş bizə rəhbəri,
Onun üstündədir Haqqın nəzəri.
İlhamla yaşarıq ən xoş günləri,
Bu idi duası Ulu Öndərin.

O dinə, islama eylədi hörmət,
Müqəddəs yerlərə göstərdi diqqət.
O, bir günəş oldu saçdı əzəmət,
Yayıldı şüası Ulu Öndərin.

Onun yolundadır bu Əziz Pünhan,
Sadiq bir əsgərdir Vətənə hər an.
Dedi yaşayacaq bu Azərbaycan,
Bu oldu imzası Ulu Öndərin.
URL / WWW
http://kelam.az/article/a-1261.html