Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » QİSAR – İmam Əlinin qısa kəlamları
17.05.10 18:02

* Allahı yad etmək Allahı sevənlərin ləzzətidir. 

* Allahı yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.

* Allahı yad etmək hər yaxşı əməl sahibinin adəti və hər bir möminin xasiyyətidir.
* Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.

* Allahı (daim) yad edən kəsi Allah-Təala adlı-sanlı edər.

* Allahı yad etmək canların qidası (qüvvəsi) və məşuqla həmsöhbət olmaqdır.

* Allahı xatırlamaq, ünsiyyətin açarıdır.

* Allahı yad etmək şeytanı uzaqlaşdırar.

* Allah heç kəsi ona möhlət vermək kimi bir şeylə sınamayıb.

* Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, onun qarşısında müti olmalarına görədir.

* Allah-Təala imanı şirkdən təmizləmək, qisası isə qanları qorumaq üçün vacib buyurmuşdur.

* Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir.

* Allahı yad etmək sinələri cilalandırar və qəlblərə rahatlıq bəxş edər.

* Allahı yad etmək sinəni genişləndirər.

* Allah-Təalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i (Nəbəi-Əzim) yoxdur.

* Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü. Buyurdu: Nəyə görə onların arasında fərq qoydun?

* (Allah) Birdir, ancaq sayda deyil. Daimidir, ancaq  (əvvəli və sonu olan) vaxt anlamı ilə deyil, dayanıqlıdır, ancaq sütun və söykənəcəklərlə deyil.

* Allah yanında ən pis insan, özü azğın və başqalarının da azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir.

* Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs  doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə götürər və xətalarının girovu olar.

* Allah ağılı qorumaq üçün… şərabdan uzaqlaşmağı vacib buyurmuşdur.

* Allah qorxusundan ağlamaq rəhmətin açarıdır.

* Allah qorxusundan ağlamaq qəlbi işıqlandırar və günaha adət etməkdən qoruyar.

* Allah-Təalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfindən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki) Allah sənə  möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan  səbr və güzəştindən qorx.

* Allahın yaxşılığı ilə az-az haqqın əzabına yaxınlaşan günahlarının ustu örtüldüyünə görə məğrurlaşan və aldanan, (camaat tərəfindən) təriflənib tədbir olunduqlarına görə fitnə-fəsada düşənlər nə qədər də çoxdur.

* Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq  varlıqdır. 

* Allah adı, Allah-Təalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqə verilməz.

* Allahdan qeyrisinin vasitəsilə  əziz olan zəlildir.

* Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.

* Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik edəndə isə buyurardı:  Allah sizə bərəkət versin və mübarək etsin.

* Allah-Təala cihadı vacib etdi. Ona əzəmət verib qələbə rəmzi və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi cihaddan başqa heç bir şeylə düzəlməz.

* Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla nail olmaq olar.

* «Altı nəfər var ki, onlarla çəkişmək lazım deyil : Fəqih, rəhbər, alçaq adam, acıdil, qadın və uşaq.»

* «Allahın Peyğəmbəri buyurmuşdur «Hər bir bədənin ürəyi düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi düzəlməz.» Buna görə də sizlərdən müsəlmanların qanına və malına bulaşmamış əl, onların heysiyyatı və abırını (tökmədən) azad dillə Allah-Təalanın görüşünə gələ bilən hər biriniz belə etməlidir.»

* « Allahın dinini qoruyan kəslər, dini bərpa edənlər, ona kömək edənlər, dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, onu əziz tutan və riayət edənlərdir.»

* Allahın vacib etdiyi ən mühüm hüquq rəhbərin xalq üzərində olan haqqı və xalqın rəhbər üzərində olan haqqıdır… əgər xalq rəhbərin, rəhbər də xalqın haqqını yerinə yetirərsə bu dövlət də haqq izzət və qüdrət tapar, dinin aydın yolları düz, hamar olar, ədalət və doğruluq nişanələri bərpa olunar, qayda-qanunlar düzgün icra edilər. Bu minvalla zəmanənin vəziyyəti düzələr,dövlətin möhkəm və davamlı olmasına ümid artar və düşmənlər öz arzularına çatmaqdan məyus olarlar.   

* Allah-Təala Məryəm oğlu İsaya vəhy etdi: Bəni İsrailin zadəganlarına de ki…. Mən sizin heç birinizin və boynunda mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını qəbul etmərəm.

* Allaha and olsun, sizin dünyanızın mənim nəzərimdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan bir donuz sümüyü qədər də dəyəri yoxdur.

* Allahım! Məni, xəlq etdiklərin pislərinə möhtac etmə! Əgər məni möhtac edirsənsə, onların ən xoşxasiyyətli və ən səxavətlisi, mənim ehtiyacımı şirin dillə və mənə daha az minnət qoymaqla aradan götürənə, möhtac et!

* (Allah) Əcəlləri (ömrün müddətini) təqdir edib -müəyyənləşdirib. Bəzilərini uzun, bəzilərini qısa edib, bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sonuna çatmasının səbəblərini hazırlayıb).

* Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl - son qoyub.

* Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.

* Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.

* Allahın ədəb və tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz ədəbi əsasında da düzəlməz.

* Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisnadır.

* Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın.

* Allah-Təala qadının çöhrəsini  (gözəlliyini) onun üzündə kişinin çöhrəsini isə onun qəlbində qoyub.

* Allah yanında ən böyük günah, israrla olunan (dəfələrlə, təkrar) günahdır.

* Allah-Təala günahdan ləzzət alan kimsəni zəlil edər.

* Allah-Təala bəndəyə xəstəlik göndərdikdə xəstəliyinin miqdarı qədər onun günahlarından təmizləyər.

* Allahın rəhmət əli, Qazinin başının üstündə hərəkətdədir. Nə vaxt zülm və haqsızlıq etsə, Allah onu öz halına buraxar.

* Allah yanında ən üstün insan odur ki, haqq onun üçün  zərərli və qüssəli, batil isə mənfəətli və artımlı olsa da, haqqa əməl etməyi çox sevsin.

* Allah-Təala insanların qibləsi olan öz evinin ziyarətini sizə vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil olar və (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz tutarlar. Allah-Təala o evi xalq üçün Öz əzəməti qarşısında itaət, Öz qüdrəti və izzətinin etirafının nişanəsi etmişdir.

* Allahın evinin ziyarətinə getsəniz, Allahın peyğəmbərini (s) ziyarət etməklə həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) ziyarətini tərk etmək, ona  zülm etmək deməkdir. Sizə bu iş əmr olunmuşdur və haqqı Allah tərəfindən sizə lazım buyurulmuş qəbirləri ziyarət etməklə Həccinizi kamala çatdırın və bu qəbirlərin yanında Allahdan ruzi diləyin.

* Allah-Təala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür.

* Allahın peyğəmbəri (s) müşriklərin bəxşişlərini qəbul etməyi qadağan edib. Bu hədiyyə müharibə edən müşriklərin hədiyyəsi idi.

* Alçaq adamın himməti olmaz.

* Allahın qalib hizbindən olmaq istəyirsənmi? Ədalətli ol.

* Allah-Təalanın yer üzündə kitabından daha aydın və qəti höccəti, hikməti yoxdur.

* Allah-Təalanın vacib buyurduğu hüquqların arasında ən mühüm hüquq, rəhbərin xalq üzərində və xalqın rəhbərə olan haqqıdır.

* Allaha xatir dostluq və Allaha xatir düşmənçilik etmək, Allaha xatir sevmək və Allaha xatir nifrət etmək bütün xeyirlərin cəmidir.

* Allah bəndənin xeyrini istədikdə ona qənaətçilik nemətini bəxş edər və zövcəsini ləyaqətli edər.

* Allah yanında ən yaxşı mükafat, xəstəliyi yoluxan elə kimsənindir ki, qardaşına baş çəkməyə getsə, onun yanında az müddət qalsın. Yalnız xəstənin özü bunu istəsə və daha çox yanında qalmasını ondan xahiş etsə.
Tərcümə və şərhlər

QAZİ HACI MİRƏZİZ SEYİDZADƏ
URL / WWW
http://kelam.az/article/a-1260.html