Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “EKO-2010” Ekologiya Koalisiyası Nizami rayonunda ilk tədbirini keçirib
17.05.10 16:57

“EKO-2010” Ekologiya Koalisiyası Nizami rayon Gənclər və İdman İdarəsi ilə birgə, “Azərsun Holdinq” və “Mətanət A“ şirkətinin maliyyə dəstəyi ilə Nizami rayonunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “EKO – 2010” Ekologiya Koalisiyasından veriblər. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə reallaşıb. Aksiya yarış marafonu çərçivəsində keçirilib. Yarış orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 200-300 gənc arasında təşkil olunub. Aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin ekologiyamızın qorunması ilə bağlı dediyi kəlamlardan ibarət şüarlar yazılmış köynəklər geyiniblər. Tədbirn sonunda I, II, III yerlərin qalibləri təşkilatçılar tərəfindən fəxri diplom və pul mükafatı ilə mükafatlandırılıb. Tədbirdə “EKO – 2010” Ekologiya Koalisiyasının koordinatoru Ramiz Alıyev, Nizami rayon Gənclər və İdman İdarəsinin rəsi Qiyas Nəcəfov, “Azərsun Holdinq”in nümayəndəsi Afiq Səfərov, “Mətanət A“ şirkətinin İctimai Əlaqələr üzrə şöbə müdiri Tural Abbaslı, “EKO – 2010” Ekologiya Koalisiyasının üzvü İqbal Mirzəyev iştirak ediblər.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1258.html