Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İRƏLİ” İtaliyada gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək
17.05.10 16:57

18-28 may tarixləri arasında İRƏLİ İctima Birliyinin Gənclər Fəaliyətdə proqramı üzrə koordinatoru Nərmin Əhmədli Avropa Şurası, Gənclər Fəaliyyətdə proqramı, Genti de Mesu, İmpronta Giovani və “Youth for Exchanging and Understanding” beynəlxalq gənclər təşkilatlarının dəstəyilə İtaliyanın Bari şəhərində keçiriləcək “Konfliktlərin həlli” üzrə beynəlxalq gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Təlim proqramı gənc transformatorlar müxtəlifliyin və gənc liderlər müxtəlif mədəniyyətlərə mənsub olan gənclər işində konfliktlərin idarə olunması istiqamətlərində aparılacaq. Tədbirdə Albaniya, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Kipr, Çexiya, Misir, Estoniya, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Moldova, Malta, Mərakeş, Fələstin, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tunis, Ukrayna, Birləşmiş Krallıq, Avstriya və Niderlanddan 60 gənc iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-1257.html