Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
17.05.10 16:57

Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə əlaqədar BMT-nin Baş katibi Pan-Gi-Munun müraciəti olub. BMT-nin Azərbaycan nümayəndəliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar Baş katib müasir dünyamızda İKT-in vacibliyini vurğulayıb. “Birləşmiş Millətlər Təşkilatının əsas vəzifələrindən biri də dünyanın hər bir yerində yaşayan insanların informasiya və kommunikasiya texnologiyalarından bərabər istifadə etmə imkanı ilə təmin olunmasıdır. Bu beynəlxalq gündə gəlin “rəqəmsal inqilabın” bütün potensialını insan həyatını xilas olunması, davamlı inkişaf və sülh üçün istifadə etməyə çalışaq”,-deyə Baş katib bildirib. Qeyd edək ki, 2006-cı ildən bəri hər il qeyd olunan bu beynəlxalq günün təyin olunmasında məqsəd internet də daxil olmaqla İKT-nin cəmiyyətin inkişafında olan mühüm rolunun işıqlandırılmasıdır.
URL / WWW
http://kelam.az/article/a-1256.html