Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran nüvə məsələsi ilə bağlı tarixi addım atıb
17.05.10 16:57

İran uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq verib. Bu nüvə məsələsi ilə bağlı tarixi addım kimi dəyərləndirilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə uranın Türkiyəyə göndərilməsi barədə razılıq dünən İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri arasında Tehranda keçirilən danışıqlar zamanı əldə olunub. Bu istiqamətdə danışıqlar haqqında ətraflı detallar hələlik açıqlanmayıb. Son detallar İran prezidenti Mahmud Əhmədinejad, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti İnasiu Lula da Silva arasında bu gün Tehranda keçiriləcək görüşdə rəsmən elan olunacaq. Xatırladaq ki, danışıqlarda Türkiyə və Braziliya vasitəçi ölkələr kimi iştirak edib.Qeyd edək ki, İranın nüvə probleminə dair danışıqları aparan “altılıq” ölkələri İrana az zənginləşdirilmiş uranı Rusiya və ya Fransaya göndərməyi təklif edirdi. Bunun əvəzində İrana 20% zənginləşdirilmiş uran təklif olunurdu. Tehran əvvəlcə bu təklifi rədd edirdi. Lakin nüvə silahının yayılmaması barədə müqavilənin yerinə yetirilməsinə dair konfransda İran prezidenti təklifi müzakirə edə biləcəklərini bildirmişdi.
URL / WWW
http://kelam.az/article/a-1255.html