Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə Oslodadır
18.05.10 02:57

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə yarışmanın keçiriləcəyi Oslo şəhərindədir. KƏLAMİNFO xəbər verir ki, Səfurə Əlizadə yarışmanın keçiriləcəyi şəhərin hava limanında təntənəli qarşılanıb. Norveçdə yaşayan həmvətənlərimiz, eləcə də Norveçdəki Azərbaycan Gənclər Təşkilatının üzvləri əllərində Azərbaycan bayraqları, gül dəstələri və S.Əlizadənin şəkillərini tutublar. Soydaşlarımız gənc müğənniyə inandıqlarını, onun müsabiqədə ölkəmizə layiqli yer qazandıracağına əmin olduqlarını bildiriblər. S.Əlizadə isə Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini bildirib. Qeyd edək ki, mayın 16-da Oslonun xüsusi olaraq müsabiqə üçün hazırlanmış “Telenor Arena”sında müsabiqə təmsilçilərinin ilk məşqi keçirilib. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda “Drip ” mahnısı ilə çıxış edəcək. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edəcək. Müsabiqənin final mərhələsi mayın 29-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1253.html