Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb
15.05.10 03:22

Cari il ali təhsil müəssisələrinə qəbulla bağlı plan yerlərini və dövlət sifarişini Nazirlər Kabineti artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) göndərib. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbazadə qeyd edib ki, nəticə etibarı ilə cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb. “Bunların 10529-u dövlət sifarişli yerlərdir. Bu yerlərin də daha çoxunu I ixtisas qrupunun plan yerləri təşkil edir. Bu il I ixtisas qrupuna cəmi 9639 ümumi plan yeri ayrılıb.Bunlardan da 4196-ı dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə də ayrılmış 7448 ümumi plan yerinin 2050-i dövlət sifarişli yerlərə aiddir. III ixtisas qrupu üzrə isə, 9880 ümumi plan yeri ayrılıb. Onlardan da 2804-ü dövlət sifariş yerlər təşkil edir. IV ixtisas qrupu üzrə ayrılmış 3843 ümumi plan yerinə 1479-u dövlət sifarişli yerlərin payına düşür. Cari il dövlət sifarişli yerləri qazanmaq üçün müsabiqə vəziyyəti həm II, həm də III ixtisas qruplarında yüksək olacaq. I ixtisas qrupunda isə kifayət qədər dövlət sifarişli yerlər var. Bu qrupda müsabiqə vəziyyəti qismən aşağı olacaq. Eyni zamanda hökumət tərəfindən ali məktəblərin magistratura pilləsi üzrə də 5207 ümumi plan yeri ayrılıb. Bunlardan da 2071-ni dövlət sifarişli yerlər təşkil edir. Magistraturada dövlət sifarişli yerlərin çoxu texniki və texnoloji ixtisaslar üzrədir. Ümumiyyətlə ötən illə müqayisədə cari ildə I ixtisas qrupunda ödənişsiz təhsil almaq imkanı 8%, IV ixtisas qrupunda isə 9-10% artıb. II ixtisas qrupunda ödənişli təhsil almaq imkanı 10%, III ixtisas qrupunda isə 13% azalıb”-deyə, TQDK sədri açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1249.html