Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda regional seminarlar keçirilir
15.05.10 03:32

Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar davam edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" adlı seminarlar Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində, habelə Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunub.Nazirliyin təşəbbüsü ilə həyata keçirilən bu layihə il ərzində davam edəcək. Seminarlar zamanı "Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri", "Mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması", "Mədəniyyət və təbliğat", "Mədəniyyət və diplomatiya", "Milli Azərbaycan mədəniyyəti", "Azərbaycan mədəniyyətinin tarixi" kimi mövzular ətrafında geniş diskussiyalar aparılır. Tədbirlərdə regionlarda çalışan əməkdaşların təfəkkürünün müasirləşməsi, yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsi və mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensiallarının geniş iştirakının təmin olunmasına böyük əhəmiyyət verilir.
URL / WWW
http://kelam.az/article/a-1248.html