Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycana əsas strateji tərəfdaşı kimi baxır”
14.05.10 21:20

Çexiya Azərbaycana əsas strateji tərəfdaşlarından biri kimi baxır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Kohout bildirib. Onun sözlərinə görə, ölkədəki iqtisadi problemlərə baxmayaraq, Çexiyanın Azərbaycanda səfirliyini açması buna sübutdur. “Çexiya və Azərbaycan bir çox sahələrdə, energetika sahəsində uğurla əməkdaşlıq edir. Çexiyanın istifadə etdiyi neftin 25 faizi bu gün Azərbaycandan alınır",-deyə Y.Kohout vurğulayıb. Nazir Çexiyanın Azərbaycanla infrastrukturun inşası, turizm, suyun təmizlənməsi, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Y. Kohout qeyd edib ki, Çexiya Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prossesinə yardım etməkdə maraqlıdır, tərəflər arasındakı danışıqlara dəstək göstərməyə hazırdır. "Biz həmişə beynəlxalq hüququn norma və prinsiplərinə istinad edirik və Madrid sənədində ölkələrin ərazi bütövlüyü prinsipi əks olunub",-deyə çexiyalı nazir bildirib.
URL / WWW
http://kelam.az/article/a-1247.html