Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Lənkəranda region jurnalistləri üçün İnformasiya Mübadilə Şəbəkəsi yaradılıb
15.05.10 03:20

Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi nəzdində “Jurnalistlərin İnformasiya Mübadilə Şəbəkəsi” fəaliyyətə başlayıb. Lənkəran Media Resurs Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, şəbəkə Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin İnformasiya - Mübadilə Şəbəkəsi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək. Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verib. Bildirib ki, İnformasiya-Mübadilə Şəbəkəsinin yaradılması cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri bölgədə baş verən hadisələrin, prosseslərin işıqlandırılması üçün birgə informasiya mübadilə şəbəkəsinin qurulmasına nail olmaqdır. “Mübadilə şəbəkəsinə qoşulan yerli jurnalistlər regional, ölkə əhəmiyyətli məlumatların əldə edilməsi və mübadiləsi üçün vacib meydan əldə edəcəklər. İnformasiya Mübadilə Şəbəkəsində cəmləşən jurnalistlər bölgənin aparıcı ictimai kəsimi, icra strukturları ilə birgə işləyərək bütün aktual məsələlər barədə fikir mabadiləsi aparılmasına nail olacaqlar. Bununla da vacib xəbər mənbələri ilə birgə əməkdaşlıq jurnalist yazılarının keyfiyyətinin artrılmasına öz töhfəsini verəcək”,-deyə X.İbadov vurğulayıb. O, şəbəkənin yerli kütləvi informasiya vasitələrinin, media qurumlarında çalışan yerli jurnalistlərin vahid kommunikasiya şəbəkəsində birləşdirilməsini, onların fəaliyyətinin əlaqələndirilməsi və Azərbaycanın milli maraqlarına xidmət edən vəzifələrin həyata keçirilməsi istiqamətində yönləndirilməsini nəzərdə tutduğunu söyləyib. X.İbadov qeyd edib ki, layihə çərcivəsində regionda işləyən jurnalistlərin peşəkarlığının artırılmasına, hüquqı məlumatlandırmasina xidmət edəcək treninqlər, Dəyirmi masalar və digər tədbirlər keciriləcək. “Layihə çərçivəsində yaradılmış “teleqraf.com” informasiya mübadilə portalı yerli jurnalist şəbəkəsinin formalaşmasına və regional jurnalist əməkdaşlığı üçün baza rolunu oynayacaq. İnformasiya portalı bölgənin gündəlik həyatı haqqında xəbərlər, intervyülər, şərhlər, regionaların sosial-iqtisadi vəziyyəti barədə materiallar, aparılan islahatlar barədə ekspert rəyləri, reportajlar hazırlayacaq”,-deyə X.İbadov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1246.html