Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ-dakı səfirliyimiz “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib
14.05.10 21:20

Prezident İlham Əliyev tərəfindən ölkədə elan olunmuş “Ekologiya ili” çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib. Müsabiqənin məqsədi Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara amerikalı tələbələri sövq etmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABŞ-dakı səfirliyimizdən veriblər. Çoxsaylı tədqiqat işlərinin qiymətləndirilməsindən sonra səfirliyin Müsabiqə Şurası Çinçu Harrisi və Hafi Yillahı qalib elan edib. Qaliblər Azərbaycana səfər üçün uçuş biletləri ilə mükafatlandırılıblar. Merilend Universitetində təşkil olunmuş, professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbirdə səfirliyin nümayəndələri tərəfindən qaliblərə müvafiq şəhadətnamələr təqdim olunub. Müsabiqənin hər iki qalibi Merilend Universiteti ilə Azərbaycanın Xəzər Universitetinin cari ilin 21 may - 4 iyun tarixlərində Bakıda birgə təşkil etdikləri ətraf mühit məsələlərinə həsr olunmuş tədris kurslarında iştirak edəcəklər. Kurs iştirakçıları Azərbaycanın ətraf mühiti, həyata keçirilən ekoloji layihələr və bu sahədə nəzərdə tutulan gələcək planlarla tanış olacaqlar. Beynəlxalq standartlara uyğun olaraq, Xəzər Universitetində tələbələrin qazanacağı dərs kreditləri Merilend Universiteti tərəfindən tanınacaq. Qeyd edək ki, 1856-cı ildə təsis olunmuş Merilend Universiteti ABŞ-ın ən qabaqcıl universitetlərindəndir və ölkə miqyasında dövlət universitetləri arasında 7-ci yeri tutur, 37 minədək tələbə universitetin 13 fakültəsində təhsil alır.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1245.html