Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək
14.05.10 21:20

“EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində “EKO 2010” Ekologiya Koalisiyasının koordinatoru Ramiz Alıyev verib. O, bildirib ki, layihənin yaradılmasının əsas səbəbi, ölkə prezidentinin Səracamı ilə 2010-ci il ölkəmizdə “Ekologiya ili” elan olunmasıdır. “Cənab Prezidentin dövlətimizin çiçəklənməsi üçün apardığı hərtərəfli uğurlu siyasətin tərkib hissəsi olan insan kapitalı, ekoloji problemlərin həlli üçün apardığı məntiqli siyasət gənclər və ictimaiyyət tərəfindən dəstəklənir. Məhz elə bu məqsədlə Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə dövlət, özəl və QHT-lərdən ibarət “EKO 2010” Ekologiya Koalisiyası yaradılıb”,-deyə R.Alıyev bildirib. O qeyd edib ki, “Azərsun Holdinq” və “Mətanət A” şirkətləri koalisiyaya ən tez qoşulan tərəfdaşlardırlar. Layihənin koordinatoru bildirib ki, bizim ictimaiyyət arasında müəyyən qədər təcrübəmiz var. “Bu məqsədlə dövlət orqanları ilə birlikdə əməkdaşlıq etmək fikrindəyik. Biz ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tədbirlər həyata keçirəcəyik. Koalisiyaya qoşulan dövlət qurumları arasında ARDNŞ, Gənclər və İdman Nazirliyi, QHT-lərlə birlikdə tədbirlər keçirməyi planlaşdırırıq. İlkin olaraq layihələrimizi təqdim etmişik. Layihəmiz qəbul olunduqda sonra işə başlayacağıq. İlk tədbirimiz mayın 15-də Nizami rayonu Gənclər və İdman İdarəsi ilə birlikdə gənclərin qaçış marafonu aksiyası ilə başlayacaq”,-deyə R.Alıyev vurğulayıb. O, jurnalistlərlə birgə məqalə müsabiqəsi keçirəcəklərini də söyləyib. Onun sözlərinə görə, qalib gələn jurnalistlərin regionlara səfəri təşkil olunacaq.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1244.html