Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Həmsədr ölkələrdən yalnız birinin sərt mövqe tutması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin”
15.05.10 03:12

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Brüsseldə Ermənistanın xarici işləri naziri ilə görüşündə müsbət nəticələrin əldə edilməsi yaxşı olardı. Amma belə görüşlər sanki Ermənistandan xahiş etmək təəssüratı yaradır”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə həmsədrlərlə Ermənistan XİN rəhbərinin görüşünü şərh edərkən bildirib.
A.Mirzəzadə qeyd edib ki, həmsədr olan üç böyük dövlətin siyasi yükü dünyanın siyasi yükünə bərabərdir. “Amma onlar Ermənistanın nazı ilə oynayırlar, işğalçı ölkəni sadəcə olaraq “yola gətirməyə” çalışırlar. Əslində, bu dövlətlərdən yalnız birinin Ermənistana qarşı sərt mövqe tutması, onu beynəlxalq hüquq normalarına əməl etməyə çağırması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin. Çünki Ermənistanın diplomatiyası, resursları, maliyyəsi və s. imkanları yoxdur”,-deyə A.Mirzəzadə vurğulayıb.Politoloq hesab edir ki, bu görüşlər müəyyən qədər problemin həllinə kömək edir. “Digər tərəfdən dünya bu üç dövlətin gücsüzlüyünü də görür. Ermənistan kimi zəif və nüfuzsuz bir ölkənin xarici işlər naziri üç dövlətin diplomatları qarşısında meydan oxuyur. Çox istərdik ki, dünya üçün məsuliyyət daşıyan üç dövlət Ermənistandan qəti mövqe tələb etsin”,-deyə A.Mirzəzadə əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1241.html